Duyğular
Keçmişin izləri niyə izləyir bizləri
Yolumuz eyni, ruhumuz bir
Bitməyən hisslərin, izinə düşmüş gözləri
Bacarırsansa ömrümdən sil
Keçmiş arzular qəlbi yandırar, sındırar
Yanmış körpülər vaxtı dondurar, durdurar
Sonsuz qorxular varsa, məhv olar duyğular
Solğun anlarımda tək həmdəmim - mahnılar
Bəlkələr bitməyir, ürəyim əsir, titrəyir
Hara getsəm də, ağlımda sən
Son qoyaq təşvişə, qayıdaq ötən keçmişə
Daha heç nə istəmirəm mən