Üzüm gülürdü sənlə indi ağlayıram.
Sənlə olan xatirələri saxlayıram.
Bir zamanlar kölgəm idin Hardasan?
Mənim üçün bitdi eşq kitabı bağlayıram.
Mənim üçün bitdi eşq kitabı bağlayıram.
Hey səsləyirəm səsimi bəlkə duyarsan.
Yerimə özgəni söyə necə qoyarsan?
Necə mənsiz öyrəşirsən həyata ?
Mənim olmayanım, sən indi kimə yarsan?
Mənim olmayanım, sən indi kimə yarsan?
Bəlkə çağırsan, bəlkə, yenə gələrəm.
Bəlkə, bilmirəm. Bəlkə, sənin üçün ölərəm.
Bəlkə çağırsan, bəlkə, yenə gələrəm.
Bəlkə, bilmirəm. Bəlkə, sənin üçün ölərəm.
Bəlkə, səni, bağışlaya da bilərəm.
Toxunmaram. Artıq özgəsinə yarsan.
Bəlkə, səni, bağışlaya da bilərəm.
Toxunmaram. Artıq özgəsinə yarsan.
Mənim olmayanım, sən indi kimə yarsan?
Yaralarımdasan, mənə dərdsən , qubarsan.
Anlamadım, indi yoxsan ya varsan.
Elə gülsən, ətrini unuda bilmirəm.
Hələ solmayanım, yad əllərdə solarsan.
Hələ solmayanım, yad əllərdə solarsan.
Sevgin yalan, yalan eşqinə qərarsan.
Bu hissləri necə zülmə qıyarsan?
Düşünmədən, hər dəfə qırıb qəlbimi,
Könül almayanım, bir gün peşiman olarsan.
Könül almayanım, bir gün peşiman olarsan.
Bəlkə çağırsan, bəlkə, yenə gələrəm.
Bəlkə, bilmirəm. Bəlkə, sənin üçün ölərəm.
Bəlkə çağırsan, bəlkə, yenə gələrəm.
Bəlkə, bilmirəm. Bəlkə, sənin üçün ölərəm.
Bəlkə, səni, bağışlaya da bilərəm.
Toxunmaram. Artıq özgəsinə yarsan.
Bəlkə, səni, bağışlaya da bilərəm.
Toxunmaram. Artıq özgəsinə yarsan.
Mənim olmayanım, sən indi kimə yarsan?